Marsa uçuş üçün raket mühərrriklərinin yaradılmasına dair 1 milyard dollar dəyərində saziş imzalanıb
ABŞ Kosmik Agentliyi (NASA) Mars planetinə "Orion" pilotlu gəmisinin göndərilməsi məqsədilə istifadə ediləcək yeni ağır "SLS" raketdaşıyıcıları üçün mühərriklərin yaradılmasına dair "Aerojet Rocketdine" şirkəti ilə saziş imzalayıb. Agentliyin məlumatına görə, 2024-cü ilin sentyabrınadək qüvvədə olacaq sazişin məbləği 1,16 milyard dollar təşkil edir.
"SLS" raketdaşıyıcısı "Orion" pilotlu gəmisinin uzaq kosmosa, o cümlədən Ay ətrafında orbitə keçiriləcək asteroidə və son nəticədə Marsa göndərilməsi üçün dörd "RS-25" mühərrikindən istifadə edəcək. Vəsaitlərə qənaət məqsədilə "SLS" ilk dörd startını "Shuttle" kosmik gəmilərində istifadə edilən hazır mühərriklə həyata keçirəcək, lakin növbəti uçuşlar üçün "Aerojet Rocketdine" şirkəti onları modernləşdirəcək və güclərini artıracaq.
"NASA"nın sifarişi ilə yeni ağır raketdaşıyıcısının hazırlanması ilə uzun illərdir "Boeing" şirkəti də məşğul olur. Raketdaşıyıcısı müxtəlif modifikasiyalarda yaradılacaq və orbitə 70-130 ton ağırlığında yükləri çıxara biləcək. Mütəxəssislərin hesablamalarına görə, raketin bir buraxılışı 500 milyon dollara başa gələcək ki, bu da "Shuttle" gəmilərinin hər bir missiyasının dəyərindən 1,5 dəfə azdır.
Yeni raketdaşıyıcısı və "Orion" gəmisi birlikdə uzaq kosmosa, o cümlədən Marsa pilotlu uçuşlar üçün çoxfunksiyalı inteqrasiya olunmuş sistem olacaq. İki ay əvvəl "NASA" "Orion" gəmisi ilə Marsa ilk pilotlu sınaq uçuşu 2023-cü ilin aprelində həyata keçirə biləcəyini bəyan edib. Bunadək - təxminın 2018-ci ildə "SLS" raketdaşıyıcısı ilə ilk dəfə gəminin buraxılması nəzərdə tutulur. "Orion" ilk sınaq uçuşunu "Delta IV" raketdaşıyıcısı vasitəsilə 2014-cü ilin dekabrında həyata keçirib, - "TASS" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL