Elektron qaydada daxil olmuş 4637 müraciət üzrə 43.859.487,13 manat məbləğındə güzəşt tətbiq edilib
Azərbaycanda elektron qaydada bu günə qədər ən böyük məbləğdə kənd təsərrüfatı texnikası lizinqlə götürülüb.
“ICTnews.az”m Elektron Xəbər Xidmətinin məlumatına görə, bu barədə “Aqrolizinq” ASC idarə heyətinin sədri Elşən Məmmədov bildirib.
Qeyd edək ki, lizinq obyekti olan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə tətbiq edilən güzəştlər əsasında sənədləşmə işlərinin yerlərdə aparılması məqsədilə Gəncə şəhərində keçirilən səyyar iclasda E.Məmmədov ölkədə elektronlaşma və bir çox əməliyyatların elektron hökumət üzərindən həyata keçirilməsindən danışaraq e-hökumətin vətəndaşların işlərini xeyli asanlaşdırdığını söyləyib.
O, fermerlərə göstərilən dövlət qayğısından, kənd təsərrüfatının inkişafı ilə bağlı son vaxtlar imzalanan fərman və sərəncamların əhəmiyyətindən, e-kənd təsərrüfatı sisteminin qurulması istiqamətində görülən işlərdən söz açaraq bildirib ki, bu günədək “Aqrolizinq” ASC-yə elektron qaydada daxil olmuş 4637 müraciət üzrə xüsusi komissiyanın qərarı ilə 3651 istifadəçinin lizinqə götürdüyü 11489 kənd təsərrüfatı texnikasına 43.859.487,13 manat məbləğındə güzəşt tətbiq edilib.
Qeyd edilib ki, lizinq alanların gediş-gəlişinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və fermerlərə yerindəcə əməli kömək göstərilməsi məqsədilə səyyar iclasların digər bölgələrdə də keçiriləcəyi diqqətə çatdırılıb.
İclasdan sonra Gəncə şəhəri, Samux, Goranboy və Göygöl rayonları üzrə 100-ə yaxın istifadəçiyə lizinq yolu ilə verilmiş 180 ədəd müxtəlif kənd təsərrüfatı texnikası üçün müqavilələr bağlanıb.
Güzəşt tətbiq edildikdən sonra texnikaların istifadəçinin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL