waplog

ABŞ-da pilotsuz uçan aparatlar qeydiyyatdan keçiriləcək


ABŞ Federal Aviasiya Agentliyinin (FAA) işçi qrupu pilotsuz uçan aparatlar (dronlar) üçün ümummilli reyestrin yaradılması ilə bağlı tövsiyələri açıqlayıb.
 

Hazırda “FAA”-ın tövsiyələri, eləcə də ictimaiyyətin bununla bağlı minlərlə fikri Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən təhlil edilərək bütün dronların avtomobillər kimi qeydiyyatdan keçirilməsini nəzərdə tutan yeni qaydaların hazırlanması ilə məşğuldurlar. Qurğuların hamısına sahibin adı və ünvanı ilə birlikdə federal reyestrə daxil ediləcək fərdi nömrə veriləcək.

 
Bildirilir ki, icbari qeydiyyat dronların aeroport və vətəndaşların həyatı üçün təhlükə törədən digər obyektlər yaxınlığında qanunsuz istifadəsi hallarının sayını azaltmağa imkan verəcək. Qeydiyyat prosesində aparat sahiblərinə distansiyalı idarə olunan vertolyotlardan təhlükəsiz istifadə qaydaları barədə məlumat veriləcək. İşçi qrup tərəfindən formalaşdırılan müddəaların yeni qaydaların əsası kimi qəbul edilməsi gözlənilir.

 
Lakin ABŞ-da 185 min üzvünün olduğu "Academy of Model Aeronautics” Aviamodelçilər Assosiasiyası “FAA”-ın təkliflərini tənqid edib. Təşkilat nümayəndələri 2012-ci ildə konqresin “FAA”-ın həvəskar modelçilər tərəfindən dronların buraxılmasının məhdudlaşdırılmasını qadağan edən qərarını əsas kimi qeyd edirlər, - “Vesti” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL