«Microsoft»un əməkdaşları arasında qadınların sayı azalıb
«Microsoft» korporasiyası Finlandiyanın «Nokia» şirkətinin mobil biznesini satın aldıqdan sonra sonuncuda kütləvi ixtisarlar nəticəsində ABŞ-ın proqram nəhənginin ştatında qadınların sayı azalıb. «The Seattle Times» nəşri «Microsoft»un məlumatlarına istinadən yazır ki, bu halda irqi müxtəliflik genişlənir.
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, cari il sentyabrın sonuna olan məlumata görə, korporasiyanın personalının 26,8 faizini qadınlar təşkil edir, halbuki ötən il bu göstərici 29 faiz olub. Telefon biznesinin yenidən qurulması nəticəsində bu azalma qeydə alınıb: daha çox qadının işlədiyi qurğuların istehsalı üzrə xarici zavodlarda kütləvi ixtisarlar aparılıb - «Microsoft»un nümayəndəsi Qven Hyuston belə deyib.
"Biz əmək kollektivimizdə qadınların sayının az olmasından narazıyıq. Rəhbərlik bu göstəricini yaxşılaşdırmaq üçün əvvəlki kimi mümkün olan hər şeyi edir" - Hyuston yazıb.
İndi «Microsoft» şirkətində təxminən 116 min nəfər işləyir. Ötən illə müqayisədə korporasiyada zərif cinsin nümayəndələrinin sayı 5701, kişilərin sayı isə 5316 azalıb. Qven Hyustonun sözlərinə görə, şirkət gender balansı yaratmağa çalışır və artıq bəzi uğurlar əldə edib. Korporasiyanın bütün İT işçilərinin təxminən 17 faizini qadınlar təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL