Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu ay istifadəyə verdiyi e-xidmətə artıq 754 dəfə müraciət olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni istifadəyə verdiyi “E-Gov mobil identifikasiya vasitəsi” elektron xidməti istifadəçilərin marağına səbəb olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, noyabrın 3-də “Elektron hökumət” portalına inteqrasiya edilən e-xidmətdən bu günədək 754 dəfə istifadə olunub
“E-Gov mobil identifikasiya vasitəsi” - “E-gov identity” sistemə giriş üçün vətəndaşın mobil telefon nömrəsi üzrə FİN-i tanıma rolunu oynayır.
“Elektron hökumət” portalına girişi təmin etmək üçün sadələşdirilmiş autentifikasiya vasitələrindən hər hansı birindən istifadə edərək vətəndaş portala daxil olaraq yaradılmış xidmət vasitəsi ilə “e-identity”-ə qoşula bilər.
Bu zaman vətəndaş heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək və daha sonra istər “Elektron hökumət” portalına, istərsə də xidmətin inteqrasiya edildiyi digər portallara giriş əldə edə biləcək.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL