waplog

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması sürətləndirilir


Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması üçün ayrılan vəsaitin miqdarı açıqlanıb.
 
 “ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, bu barədə mətbuata verdiyi açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və mühasibat şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov danışıb. Şöbə müdiri ölkədə sözügedən informasiya sisteminin yaradılması üçün 4 mln. 800 min manat vəsait ayrıldığını söyləyib.
 
 
R.Novruzov Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması istiqamətində bir sıra ciddi addımların atıldığını qeyd edərək vurğulayıb ki, artıq bütün rayonlarda bu sistemin ərsəyə gəlməsi ilə bağlı işlər görülür. Onun sözlərinə görə, adıçəkilən informasiya sistemində hər bir rayon üzrə fermerlərin illər üzrə istehsal etdiyi məhsulların növləri, həcmi, bir sözlə, bütün lazımi məlumatlar toplanacaq:
 
 “Elektron kənd təsərrüfatı” informasiya sistemində kənd təsərrüfatına aid olan bütün informasiyalar məlumat bazasında toplanılacaq. Bu da maliyyə təşkilatlarının lazımi məlumatlarla tanış olmasına imkan yaradacaq. Nəticədə maliyyə təşkilatları kənd təsərrüfatı sahəsini sığortalamaqda maraqlı olacaqlar. Üstəlik, məlumat bazası kənd təsərrüfatı sahəsində daha böyük inkişafın və irəliləyişin əldə edilməsində mühüm yardımçı olacaq”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL