Yeni simsiz rabitə standartından 2017-ci ildə istifadə mümkün olacaq
Əksər müasir mobil qurğular "802.11a/b/g/n/ac" simsiz rabitə standartlarını dəstəkləyir. Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutunun (Institute of Electrical and Electronics Engineers - IEEE) hesabatına görə, növbəti şəbəkə standartı 2017-ci ildə istifadəyə verilməsi gözlənilən "IEEE 802.11ay" olacaq.
Texnologiya "802.11" şəbəkələrində 60 QHs tezliyində iş təklif edir və artıq mövcud olan "802.11ad" standartını tamamlayır. "IEEE 802.11ay" standartının başlıca vəzifəsi qısa məsafələrdə məlumatların tranzit ötürülməsi tətbiq edilməklə binalar daxilində və açıq məkanda qeyd olunan tezlik diapazonu şəbəkələrindən istifadənin genişləndirilməsi olacaq.
Yeni standart məlumatların ötürülmə sürətinin hazırkı 7 Qbit/saniyədən 20 Qbit/saniyəyədək (perspektivdə 30-40 Qbit/saniyəyədək), eləcə də mövcud 10 metr məsafədən 300-500 metr məsafəyədək artırılmasını nəzərdə tutur. Bundan başqa, "IEEE 802.11ay" "MU-MIMO" texnologiyasını dəstəkləyəcək.
Mütəxəssislərin fikrincə, "IEEE 802.11ay" standartı telekommunikasiya avadanlığı tədarükçülərinə məlumatların simsiz ötürülmə texnologiyalarından istifadənin istiqamətlərini 60 QHs tezliyində inkişaf etdirməyə imkan verəcək, ev "Wi-Fi" marşrutlayıcılarının satışına və virtual (VR) reallıq texnologiyaları əsasında videokontentin yeni kommersiya tiplərinin hazırlanmasının sürətləndirilməsinə xidmət edəcək, - "www.4pda.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL