waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən aktual elektron xidməti hansıdır?


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) telefon nömrəsi üzrə axtarış sistemindən 1,5 milyona yaxın istifadə sayı qeydə alınıb.
 
Beləliklə, nazirliyin elektron xidmətləri ölkə əhalisinin ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşır. Təsadüfi deyil ki, nazirlik oktyabrda elektron xidmətlərindən istifadə statistikasına görə bütün qurumlar arasında birinci olub.
 
RYTN-in ən aktual e-xidməti isə “Telefon nömrəsi üzrə axtarış” xidməti hesab olunur.  Belə ki, 2013-cü ilin aprelində “Elektron hökumət” portalına (e-gov.az) əlavə edilən e-xidmətdən indiyədək 1418100 dəfə istifadə olunub.
 
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
 
Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar.  Elektron xidmət, həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL