Kapsulu ayrılan təyyarə üçün patent hüququ alınıb
ABŞ Patent və Əmtəə Nişanları Bürosu Avropanın “Airbus” təyyarə istehsalçısına yük və sərnişinlər üçün nəzərdə tutulan kapsulu ayrılan təyyarə üçün patent hüququ verib.
Patentə görə, yerdə çıxarılabilən kapsul aeroportun bir hissəsini təşkil edəcək. Təyyarə eniş etməzdən əvvəl kapsula baqaj yüklənəcək, eləcə də sərnişinlər əvvəlcədən öz yerlərini tuta biləcəklər. Hava gəmisi hava limanına eniş etdikdən sonra xüsusi kran ondan içərisində sərnişinlərin olduğu kapsulu ayıraraq yenisi ilə əvəz edəcək. Bu prosedurdan sonra təyyarə yeni uçuşa hazır olacaq.
Kapsulun möhkəm bərkidilməsinin tirlərdə xüsusi pazların və bir neçə çıxarılan ştiftin köməyi ilə həyata keçirilməsi təklif olunur. Kapsul özü tam germetik olacaq, onun qapağında isə kran üçün çıxışlar yerləşdiriləcək.
Bu qeyri-adi sxemin tətbiqi üçün xarici görünüşünə görə dayaqlar üzərində halqaya bənzəyən xüsusi aeroportların tikilməsi tələb olunacaq. Təyyarələrin yüklənib-boşaldılması isə karusel prinsipi üzrə həyata keçiriləcək.
“Airbus” nümayəndələrinin fikrincə, patentin həyata keçirilməsi aeroportlarda sərnişin və yük dövriyyəsini sürətləndirəcək və təyyarələrin dayanma vaxtını xeyli azaldacaq. Lakin yaxın gələcəkdə texnologiyanın reallaşdırılması inandırıcı görünmür, çünki o, qüvvədə olan uçuş və sərnişindaşımaları qaydalarına ziddiyyət təşkil edir. Bundan başqa, şirkət ilk öncə praktikada təklif olunan kapsulu ayrılan təyyarə konstruksiyasının təhlükəsiz olmasını sübut etməlidir.
Qeyd edək ki, bu, son vaxtlar aviasiya istehsalı sahəsində ilk qeyri-adi patent deyil. Belə ki, avqustda “Airbus” hipersəsli təyyarə, iyulda isə “Boeing” aviaşirkəti istilik-nüvə təyyarə mühərriki üçün patent hüququ alıb, - “www.newsru.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL