Bill Qeyts ekoloji təmiz enerji mənbələrinin axtarışına 2 milyard dollar investisiya qoyacaq
“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ABŞ və Hindistanla birlikdə ekoloji təmiz enerjinin axtarışı üzrə tarixdə ən böyük layihələrdən birində iştirak edəcək.
İndiyədək dünyanın ən zəngin adamı enerji texnologiyalarına heç vaxt sərmayə yatırmayaraq diqqətini yoxsulluqla mübarizəyə yönəldib. Hazırda isə o, şəxsi vəsaitindən karbon tullantıları sıfır səviyyəsinə bərabər enerji texnologiyalarına 2 milyard dollar yatırmaqla bağlı planlarını açıqlayıb. Layihənin məqsədi yaxın 35 ildə dünyada karbon tullantılarını sıfır səviyyəsinə endirməkdir.
“Bu, ekoloji təmiz tədqiqatların aparılmasına yönələn uzunmüddətli fəaliyyətin başlanğıcıdır”, - layihə tərəfdaşlarından biri qeyd edib.
“Mən bunu ona görə edirəm ki, növbəti beşillikdə iqlimlə bağlı problemləri həll etməyə kömək edəcək çoxlu kəşflərin olacağını düşünürəm”, - B.Qeyts qeyd edib, - “www.gazeta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL