waplog

Zəlzələni öncədən proqnozlaşdıracaq kosmik sistem yaradılır


Qazaxıstanın Milli Kosmik Agentliyi (Kazkosmos) Britaniyanın «SSTL» şirkəti ilə birgə zəlzələni öncədən proqnozlaşdırmağa imkan verəcək kosmik sistem yaradır. Bu haqda  Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyi AeroKosmos Komitəsinin sədr müavini Meyrbek Moldabekov məlumat verib.
 
 
«ICTnews» elektron xəbər xidməti «belta.by» resursuna istinadən yazır ki, "hazırda “Kazkosmos” tərəfindən «SSTL» şirkəti ilə birgə özündə iki kosmik aparatı (texnoloji kosmik aparat və elmi kosmik aparat) birləşdirən elmi-texnoloji təyinatlı kosmik sistem yaradılır. Elmi aparat zəlzələlərin proqnozu üçün tətbiq ediləcək" – deyə Moldabekov qeyd edib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL