waplog

“Azercell” şirkəti “WatsApp” və “Viber” servislərinin analoqunu yaradıb


Azərbaycanın aparıcı mobil operatoru olan “Azercell Telekom” şirkəti “Wi-Fi” texnologiyası üzərindən səsli xidmət təqdim etməyə hazırlaşır.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu xidmət “Azercell” abunəçilərinə  “Wi-Fi” şəbəkəsinə qoşulmaqla zəng etmək imkanı təqdim edəcək.

“Xidmətin özəlliyi ondadır ki, əlavə bir proqramın yüklənməsinə ehtiyac yoxdur, servisi aktivləşdirmək üçün şirkətə müraciət etmək yetərlidir. Bu xidmət yalnız ölkədaxili zənglərin həyata keçirilməsi nəzərdə tutulduğuna görə  rouminq xidmətlərinin rəqibi kimi qiymətləndirilə bilməz. Bu xidməti kommersiya istifadəsinə təqdim etmək məqsədi ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə lisenziyanın verilməsi üçün müraciət etmək nəzərdə tutulub", - deyə  şirkətin prezidenti Vahid Mürsəliyev  “Azercell”in “Bakutel 2015” sərgisində təqdimatında bildirib.
 
Aynur Vəliyeva


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL