waplog

İnformasiyanın mühafizəsi üçün kosmik kvant rabitəsi aparatları yaradılacaq


İsveçrə fiziki Nikolya Jizanın fikrincə, yaxın bir-iki ildə kvant rabitəsi sahəsində irəliləyişin baş verməsi nəticəsində məlumatların uzaq məsafələrə ötürülməsi üçün mühafizəli xətlər yaradılacaq.
 
Alim qeyd edib ki, bu rabitə növünün yaradılmasına Çin və Yaponiya daha yaxındır. Hazırda məhz bu iki ölkə yeni nəsil teleskopun yaradılmasında, eləcə də fotonların bilavasitə kosmik telekommunikasiya peykində yerləşdirilməsi məsələsinin həllində rəqabət aparır.
 
N.Jizanın sözlərinə görə, oxşar texnologiyaların işlənməsi ilə ABŞ alim və mühəndisləri məşğul olurlar, lakin aparılan tədqiqatların tam məxfi olmasına görə onların bu işdə nə dərəcədə irəliyə getməsini müəyyənləşdirmək qeyri-mümkündür.
 
Bildirilir ki, informasiyanın mühafizəsi problemi yüz ildən çoxdur dünya alimlərini düşündürür. Lakin bütün mövcud kriptoqrafiya üsulları iki nəzərəçarpacaq çatışmazlığa malikdir. Birincisi, onlara böyük hesablama gücünə malik cihazlar (məsələn, kvant kompüter) vasitəsilə müdaxilə etmək mümkündür. İkincisi, informasiya ötürülmə prosesində onu dinləməklə əldə oluna bilər. Kvant adlandırılan yeni tip şəbəkələrdə bunun hər ikisini etmək mümkün olmayacaq, çünki kvant dünyada informasiyanı məlumatların ötürülməsi şəbəkəsindən alınmasını və ona müdaxiləni istisna edən Heyzenberq qeyri-müəyyənlik prinsipi qüvvədədir.
 
Tam mühafizəli kvant rabitəsi bu gün  mövcud olsa da, optik-lif məlumat ötürmə xətləri 200-300 km məsafədən çox informasiya mübadiləsinə imkan vermir. İsveçrə aliminin qənaətinə görə, bu məsələni peykdə fotonları generasiya edən aparat həll edə bilər, - "www.mediasat.info” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL