Daha bir İT şirkətinə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib
Milli Televiziya və Radio Şurası "Smart Systems Technology MMC"yə 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib.
Şirkətdən verilən məlumata görə, bu xidmətin tətbiqi ilə abunəçilər internet üzərindən 100-ə yaxın televiziya kanalını izləyə bilərlər. Bundan əvvəl isə şirkət məlumatların ötürülməsi - data transfer və İP-telefoniya xidmətləri üçün lisenziya alıb.
Məlumat üçün qeyd edək ki, "Eurosel" MMC, "Alfanet" MMC, "Enginet" MMC və "GSP" MMC də bu sahədə fəaliyyət göstərmək üçün lisenziyaya sahibdir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL