Kağız istehsalında sudan istifadə olunmayan ilk sistem yaradılıb
Yaponiyanın «Epson» şirkəti kağız istehsalında sudan istifadə olunmayan ilk yığcam ofis sistemini təqdim edib.
«ICTnews» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən yazır ki, bu sistem məxfi kommersiya sənədlərini təhlükəsiz şəkildə doğrayır, bundan sonra xırda hissələri emal edərək kağız vərəqləri yaradır. Bu proses məxfi sənədlərin təhlükəsiz məhvinə sərf olunan xərcləri aradan qaldırmağa imkan verəcək.
Şirkət 10-22 dekabr tarixlərində keçiriləcək «Eco-Products 2015» sərgisində «PaperLab» kağız istehsalı üzrə ofis sistemini nümayiş etdirəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL