Avropa İttifaqında maliyyə məsləhətçilərinin robotlarla əvəzlənməsi müzakirə olunur
Avropanın tənzimləyici orqanları, o cümlədən Avropa Bank Nəzarəti Xidməti və Qiymətli Kağızlar Bazarına Nəzarət İdarəsi maliyyə sahəsində robotlaşmanın üstünlüklərinin, eləcə də onunla əlaqədar risklərin müzakirəsinə başlayıb. Açıq müzakirə məqsədilə “Maliyyə konsaltinqində avtomatlaşdırma” adlı sənəd təqdim edilib.
Tənzimləyici orqanların maliyyə məsləhətlərinin avtomatlaşdırılmasına marağı onunla əlaqədardır ki, son vaxtlar banklar bu sahəyə daha fəal investisiya yatırır. Maliyyə müəssisələri üçün bu, belə xidmətlərin göstərilməsində xərcləri azaltmaq üçün yaxşı imkandır.
Əmlak idarəetməsi sahəsində xidmətlər göstərən məşhur şirkətlər müştəriləri cəlb etmək məqsədilə konsaltinq xidmətlərinin tariflərini azaldıblar.
Avropa birləşmiş tənzimləyici orqanlar komitəsinin sədri qeyd edib ki, maliyyə innovasiyaları əhəmiyyət kəsb edir və iqtisadi artıma tam uyğun olmalıdır. Bununla belə, bu nəticəyə yalnız yeniliyin istifadəçilərin etimadını qazandığı halda nail olmaq mümkün olacaq. Tənzimləyici orqanlar kimi biz yeni maliyyə xidmətlərinin monitorinqini təmin etməli və ehtiyac yarandıqda tədbirlər görməliyik.
Maliyyə robot konsultantının potensial üstünlükləri: az xərclər, məsləhətləşmənin sistemliyi, müştəri bazasının genişləndirilməsi.
Mümkün risklər: insanla təmasın olmaması, kiberhücumlara və sistem zədələnmələrinə dözümlüyün artırılması, - "www.payspacemagazine.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL