“Bakutel-2015”-in iştirakçıları olan Litva şirkətləri Texniki Universitetdə təqdimat keçirib
Litva şirkətləri Azərbaycan Texniki Universitetində (AzTU) elektron təhsil sistemlərinə dair yeniliklərini təqdim edib.
Universitetdən verilən məlumata görə, “Bakutel-2015” beynəlxalq sərgisində iştirak etmək üçün Bakıda qonaq olan “İnfobalt” şirkətinin eksport və investisiyalar üzrə rəhbəri Paulius Valiulis, “İK Konsaltink” şirkətinin rəhbəri Romas Vençkauskas, “Edukton” şirkətinin menecerləri Vutautas Duzinskis və Yevgeni Simonait AzTU-da olublar.
Onlar universitetin Beynəlxalq əlaqələr şöbəsində təmsil etdikləri şirkətlərin “Elektron təhsil sistemlərinin təkmilləşdirilməsi” ilə bağlı yeni layihələrinin təqdimatını keçiriblər.
Litva şirkətləri ilə əməkdaşlıq yaratmaq barədə tərəflər arasında müzakirələr aparılıb və əməkdaşlıq barədə ilkin razılıq əldə edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL