Bakıda “İnformasiya texnologiyaları gündəlik həyatda” mövzusunda “ustad dərsləri” keçirilib
Azərbaycanda “İnformasiya texnologiyaları gündəlik həyatda” mövzusunda “ustad dərsləri” təşkil olunub.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2-ci SABAH Forumu çərçivəsində baş tutan dərslərin dairəsi “Karyera inkişafı”, “Vaxtına sahib çıx” və “Sən də bir brendsən” mövzuları ilə genişləndirilib.
“Ustad dərsləri”ndə karyera inkişafı, informasiya texnologiyaları və vaxtın idarə olunması ilə bağlı tələbələrlə interaktiv dialoq yaradılıb.
Sonra panel müzakirələrə başlanılıb. Müzakirələrdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, “R.İ.S.K” Elmi İstehsalat Şirkətinin Müşahidə Şurasının həmsədri, biznesin inkişafı üzrə direktor Anar Əligülov iştirak edib.
Müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda keçirilən panel müzakirələrdə uğurlu karyeranın qurulması, SABAH qruplarında təhsil alan tələbələrin müasir dünyanın çağırışlarına cavab verən, rəqabətəqabil kadr kimi formalaşması istiqamətində fikir mübadiləsi aparılıb. Tələbələrlə fəal dialoq mühiti yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də ikigünlük foruma dair videosüjet nümayiş etdirilib.
Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir.
1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL