“ASAN Xidmət” cərimələr ilə bağlı onlayn müraciət xidməti yaradır
Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Agentliyi yeni elektron xidmətin yaradılması üzərində işləyir.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, yeni xidmət yol-nəqliyyat qaydalarının pozulması üzrə cərimələr ilə bağlı şikayəti olan sürücülər üçün nəzərdə tutulub.
“Bildiyimiz kimi, avtomobil sürücüləri yol-nəqliyyat qaydalarının pozuntusuna yol verdikdə radar tərəfindən qeydə alınırlar və telefonlarına cərimə tətbiq ediləcəyi haqda məlumat gəlir. Yeni elektron xidmət vətəndaşların cərimənin tətbiqi ilə razı olmadıqları halda onlayn müraciət etmək imkanı təqdim edir”, - deyə agentlikdən bildiriblər.
Hazırda yeni e-xidmətin yaradılması istiqamətində işlər aparılır və yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL