waplog

2015-ci ildə qlobal internet reklam bazarının həcmi 158 milyard dollar təşkil edəcək


Dünya reklam bazarının həcmi artır. «Zenith Optimedia» şirkətinin proqnozuna görə, 2016-cı ildə marketinq xidmətləri və mediaya sərf olunacaq qlobal xərclərin həcmi 1 trilyon dollara yaxınlaşacaq.
 
 
«ICTnews» elektron xəbər xidməti «searchengines.ru» resursuna istinadən yazır ki, şirkətin analitikləri bildirib ki, 2019-cu ilədək bu sahədə artım tendensiyası davam edəcək. 2015-ci ilin nəticəsinə görə, dünya reklam bazarının həcmi 3.9, 2016-cı ildə 4.7, 2017-ci ildə 4.3, 2018-ci ildə isə 4.2 faiz artacaq.
 
 
Sözügedən analitik şirkətinin proqnozlarına əsasən, 2015-ci ildə internet reklam bazarının həcmi 158 milyard dollar təşkil edəcək.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL