waplog

Rusiya əhalisinin 33 faizindən çoxu smartfon vasitəsilə internetdən istifadə edir


«TNS Russia» analitik şirkətinin məlumatına görə, indi Rusiya əhalisinin 33 faizindən çoxu (53 milyon nəfər) smartfonların köməyi ilə internetə daxil olur.
 
 
 
Şirkətin məlumatında bildirilir ki, Rusiyada ən populyar mobil əməliyyat sistemi «Android» platformasıdır: internet istifadəçilərinin 68 faizi bu platforma ilə işləyən qurğulardan istifadə edir.
 
 
«iOS» və «Windows» platforması ilə işləyən qurğulardan istifadə göstəricisi isə müvafiq olaraq 9 və 8 faizdir.
 
 
Rusiyada «YouTube» videohostinqində yerləşdirilmiş videoların 50 faizi mobil qurğular vasitəsilə izlənilir.
 
 
Məlumat üçün bildirək ki, «Samsung» şirkətində işləyən mütəxəssislərin proqnozuna görə, 2016-cı ildə dünyada mobil trafikin 66 faizini videokontent təşkil edəcək.
 
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL