waplog

“Instagram” şəbəkəsində şəhərlərin populyarlıq reytinqi açıqlanıb


“Instagram” fotoşəkil mübadiləsi servisi 2015-ci ilə yekun vuraraq dünyanın ən populyar şəhərlərinin reytinqini açıqlayıb.

Reytinqə görə, birinci yerdə Nyu-York, ikinci və üçüncü pillədə Paris və London, dördüncüdə isə Moskva qərarlaşıb. Rusiya paytaxtı gözlənilmədən ənənəvi olaraq lider mövqelər tutan Los-Anceles, İstanbul və San-Paulu şəhərlərini geridə qoyub.
 
Dünyanın ən populyar heşteqi “#Love” seçilib. Ürəkşəkilli emodzi ilin ən çox istifadə olunan smayliki olub.
 
Populyar fotolar arasında gözlənildiyi kimi, Kendall Cennerin şəkli liderdir. Daha bir ulduz - Kayli Cenner buraxılış gecəsindən olan fotoşəkli ilə siyahıda dördüncü yeri tutub. Ən populyar beşlikdə Teylor Sviftin iki şəkli yer alıb.
 
Qeyd edək ki, 2010-cu ilin oktyabrında fəaliyyətə başlayan “Instagram” sosial şəbəkəsinin auditoriyası 400 milyon nəfəri ötür, - "www.therunet.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL