Vətəndaşlarımız əmək müqaviləsi üzrə bildirişləri "Elektron Hökumət" portalı vasitəsilə əldə edə bilirlər
“Fərdi məlumatlar haqqında Qanun”un tələblərinə uyğun olaraq, dövlət qurumlarının mülkiyyətində olan bir çox informasiya ehtiyatlarında vətəndaşlar haqqında toplanmış fərdi məlumatlar hazırda vətəndaşlara açıq edilib və fərdə aid müxtəlif məzmunlu informasiyalar "Elektron Hökumət" portalı üzərindən vətəndaşlar üçün əlçatandır.
Portalın vətəndaşlara göstərdiyi belə xidmətlərdən biri "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi"dir. Bu xidmətdən vətəndaşlar aktiv şəkildə istifadə edirlər və noyabr ayının statistik göstəricilərinə əsasən bu xidmətdən 32943 dəfə istifadə olunub. Sözügedən xidmət vasitəsilə vətəndaşlar əmək müqaviləsi üzrə əks olunan məlumatlarla tanış ola, həmçinin bildirişi pdf formatında kompüterinə yükləyə bilərlər.
Bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti əsasında yaradılmış informasiya sistemi əsasında formalaşdırılıb. 2014-cü ildən etibarən, işə götürənlər qarşısında qoyulan əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması tələbi işçi hüquqlarının qorunması habelə, vergidən yayınma kimi xoşa gəlməz halların aradan qaldırılmasına xidmət edir. Qeyd edək ki, noyabr ayı ərzində sözügedən xidmətdən 120220 dəfə istifadə olunub.
"Elektron Hökumət" portalı 2012-ci ildən etibarən artıq 3 ildir ki, fərdi məlumatlar üzrə informasiya sistemlərinin müvafiq standartlara uyğunlaşdırılması və portala inteqrasiyası üzərində işləyir. Bu gün portal üzərindən təqdim edilən əmək müqaviləsi bildirişləri, iş yerinə dair çıxarışlar (arayış) məhz davam etməkdə olan bu fəaliyyətin nəticəsidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL