“Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən iyunun 10-da Qusar və Xaçmaz rayonlarında, iyunun 11-də Quba və Şabranda “səyyar qəbul”lar təşkil ediləcək.
“Səyyar qəbul”larda “Azərpoçt”un baş idarəsinin nümayəndələri ilə yanaşı, rayon poçt filialları və şöbələri rəislərinin iştirakı nəzərdə tutulmuşdur. Səfər zamanı, həmçinin poçt işçiləri tərəfindən vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsi və təhlükəsizlik tədbirlərinə dair məsələlərə baxılacaqdır.
Qeyd edək ki, əhalinin poçt sahəsi ilə bağlı suallarının cavablandırılması, onların maarifləndirilməsi, problemlərin həllində kömək göstərilməsi və s. məqsədini daşıyan “səyyar qəbullar” “Azərpoçt” tərəfindən mütəmadi olaraq regionlarda təşkil olunur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL