waplog

ABŞ Prezidenti İT şirkətlərini terrorçuluqla mübarizədə köməyə çağırıb


ABŞ xalqına müraciət ünvanlayan Prezident Barak Obama texnoloji şirkətləri və hüquq-mühafizə orqanlarını terrorçuların texniki vasitələrin köməyi ilə ədalət məhkəməsindən kənarda qalmalarının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Müraciətə səbəb San-Bernardino şəhərində baş verən terror aktı olub. Sosial yardım mərkəzinə iki terrorçu - ər və arvadın hücumu nəticəsində 14 nəfərin həyatına son qoyulub, 21 nəfər yaralanıb.
 
ABŞ Prezidenti İT şirkətlərinə hansı tədbirlərin görülməsinin təklif olunmasını dəqiqləşdirməyib. O qeyd edib ki, son bir neçə il ərzində terrorçuların üsulları dəyişib və indi onlar miqyaslı terror aktlarına deyil, təşkili asan olan hücumlara, o cümlədən insanların kütləvi gülləboran edilməsinə əl atırlar. Prezident əlavə edərək bildirib ki, internet ölkələr arasında məsafəni azaldıb və terrorçular insanların beynini öz ideyaları ilə zəhərləmək istəyirlər.
 
Prezidentin müraciətindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının beynəlxalq məsələlər üzrə sədri Ed Roys bəyan edib ki, komitədə terrorçuların sosial şəbəkələrdən istifadəsi ilə mübarizə aparmağa imkan verən qanunlar hazırlanacaq, - "www.osp.ru" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL