Rəqəmli kontentdən istifadə imkanlarını genişləndirmək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulub
Azərbaycanda elektron kitabxanaların müəllif hüququ obyekti olan rəqəmli kontentdən istifadə imkanlarını genişləndirmək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulub.
Agentliyin rəhbəri Kamran İmanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, rəqəmli texnologiyaların inkişafı müəllif hüququ sahəsində bir çox dəyişikliklərə səbəb olub.
“Rəqəmli texnologiyalar müəllif hüququ sistemini stress vəziyyətinə çatdırıb. Kitabxanalara yetərincə güclü ziyan dəyib. Bunu nəzərə alaraq beynəlxalq səviyyəli tövsiyə və təkliflər hazırlamaq niyyətindəyik”, - deyə agentliyin rəhbəri qeyd edib.
Azərbaycanda elektron kitabxanalar tərəfindən təqdim edilən elmi və bədii ədəbiyyatdan şəxsi istifadə məqsədi ilə nüsxələri çıxarıldıqda və ya rəqəmli kontent yüklənildikdə, materialın həcmindən asılı olaraq, müəyyən qonorarların bu nəşrlərin müəlliflərinə ödənilməsi məsələsi ilə bağlı “Kitabxana haqqında”, “Nəşriyyat haqqında” və “Müəllif Hüquqları haqqında” qanunlara əlavələrin edilməsi məsələsi nəzərdən keçirilir.
Qeyd edək ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində “Kitabxanalar, arxivlər və təhsil müəssisələri tərəfindən əsərlərin reprosurətinin çıxarılması”, 19-cu maddəsində isə “Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə” qaydaları göstərilib və məhz bu maddələrə əlavələrin edilməsi nəzərdə tutulur.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL