Kompüterlər jestlərin və səsin köməyi ilə idarə ediləcək
Bu yaxınlarda masaüstü fərdi kompüter (FK) və noutbuklarda «3D» kameraların əlçatan olması və «Cortana» səsli köməkçisinə malik «Windows 10» əməliyyat sisteminin (ƏS) istifadəyə verilməsi ilə əlaqədar kompüterlərin jestlərin və səsin köməyi ilə idarə edilməsi sürətlənəcək.
«ICTnews» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən xəbər verir ki, «Gartner» tədqiqat şirkətinin ekspertlərinin proqnozuna görə, 2019-cu ilədək dünyada istifadə olunan kompüterlərin 60 faizdən çoxu «Windows 10» əməliyyat sistemi ilə işləyəcək.
"Windows 10 istifadəçilərinin ən azı 50 faizi kompüterlərini jestlərin və ya səsin köməyi ilə idarə etməyə başlasalar, bu o deməkdir ki, sözügedən funksiya dünya kompüter parkının 33 faizində tətbiq ediləcək", – deyə «Gartner»in analitiki Lilian Tey düşüncələrini bölüşüb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL