waplog

Avstriyada “Davamlı inkişaf naminə kiçik peyk proqramları” texniki simpoziumu keçirilib


Avstriyanın Qraz şəhərində “Davamlı inkişaf naminə kiçik peyk proqramları” mövzusunda texniki simpozium keçirilir.

Sentyabrın 13-də başlayan tədbir BMT-nin Kosmik Məsələlər üzrə İdarəsi, Avropa Kosmik Agentliyi və Avstriya Hökuməti tərəfindən təşkil olunub.

Avstriya Elmlər Akademiyasının Fəza Tədqiqatları İnstitutunda keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edib.

BMT-nin Kosmosdan Sülhməramlı İstifadə Proqramı çərçivəsində həyata keçirilən simpozium kiçik peyklərin hazırlanmasının texniki, tənzimləmə, idarəçilik və hüquqi aspektlərini, eləcə də təhsil, tədqiqat və praktik sahələrdə peyklərin istifadə məsələlərini əhatə edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL