waplog

Kosta-Rikada rəqəmli televiziyaya keçid üçün “yol xəritəsi” hazırlanır


Dekabrın əvvəlində Kosta-Rika hökuməti ölkənin yerüstü televiziyasının yaxın iki ildə analoq yayımdan rəqəmli standarta keçidinin başa çatdırılmasını tənzimləyən plan təqdim edib. Plana görə, 15 dekabr 2017-ci ildə ölkənin bütün analoq televiziya ötürücüləri fəaliyyətini dayandıraraq rəqəmli yayıma keçəcək.
 
Bununla əlaqədar Kosta-Rika Elm, Texnologiya və Telekommunikasiya Nazirliyi (MICITT) beynəlxalq agentliklər tərəfindən ölkədə müasir rəqəmli televiziya sisteminin tətbiqi üçün hazırlanan və özündə tövsiyə və texniki xüsusiyyətləri ehtiva edən “yol xəritəsi” təqdim edib. Kosta-Rika üçün daha çox Braziliya-Yaponiya formatı kimi tanınan “ISDB-T” (Integrated Services Digital Broadcasting – Terrestrial) standartının tətbiqi məqsədəuyğun hesab edilib.
 
Bildirilir ki, bu texnologiya yayımı yüksək keyfiyyətdə təmin etməklə siqnalı ölkənin dağlıq rayonlarına daha yaxşı ötürəcək.
 
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Cənubi Amerika İnkişaf Bankının nümayəndələrindən ibarət ekspert qrupu tərəfindən hazırlanan “yol xəritəsi” ölkə prezidenti Luis Qilermo Solisə təqdim edilib. Prezident planı qəbul edərək administrasiyanın ölkədə texnoloji islahatların aparılmasını yekdilliklə dəstəkləməsini bəyan edib.
 
Analoq siqnalın dayandırılması və rəqəmli yayıma keçid indiyədək analoq efir televiziya siqnalını qəbul edən ölkə əhalisinin yarısından çoxuna şamil ediləcək. “MICITT”-in məlumatına görə, Kosta-Rika əhalisinin 52 faizi analoq televiziya proqramlarını seyr edir, qalan 48 faiz ödənişli kabel və ya peyk televiziya platformalarının abunəçisidir, - "www.mediasat.info" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL