waplog

82 dövlət informasiya ehtiyatı və 169 fərdi məlumatın informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınıb


İndiyə qədər 82 dövlət informasiya ehtiyatı və 169 fərdi məlumatın informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, reyestrlərin formalaşdırılmasına 2012-ci ilin dekabr ayında başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət” portalı haqqında Əsasnamə”yə əsasən dövlət informasiya ehtiyatlarının reyestri  “Elektron Hökumət” portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilib. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri “Elektron Hökumət” portalının operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən aparılır.

Hər bir informasiya sistemi qeydiyyata alınarkən texniki qaydalara uyğun müvafiq elektron prosedurlar yerinə yetirilir və qeydiyyata alınacaq informasiya bazasına baxış təşkil olunur. Müvafiq prosedurlar tamamlandıqdan sonra dövlət orqanına mülkiyyətində olan informasiya sisteminin dövlət reyestrindən keçməsi barədə çıxarış verilir.

"Elektron Hökumət" portalı üzərindən təqdim olunan e-xidmətlərin təşkili üçün müxtəlif dövlət qurumunun mülkiyyətində olan informasiya bazalarından istifadə olunur. Bir elektron xidmətin formalaşmasında bəzən iki və daha artıq məlumat bazasından məlumatların götürülməsi tələb olunur və buna görə də hər bir məlumat bazasının təsdiq edilmiş tələblərə  uyğunluğu çox önəmlidir.

MHMdövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinin fəaliyyətini təşkil edir, səlahiyyətləri daxilində bu sahə üzrə aidiyyəti funksiyaları həyata keçirir."Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"nin 3.1.56-cı yarımbəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2010-cu il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"nin 4.1-ci yarımbəndinin tələblərinə əsasən, mütəmadi olarq  “Elektron Hökumət” portalının operatoru  tərəfindən dövlət quurmlarının mülkiyyətində olan informasiya sistemlərininmonitorinqləri keçirilir.MHM-in mütəxəssisləri tərəfindən qurumların mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin müvafiq texniki qaydalara uyğun təşkili yoxlanılır.Monitorinqlər zamanı əsasən aşağıdakı məsələlərə diqqət yetirilir:

* informasiya ehtiyatlarının fərdi identifikasiya nömrəsinə (FİN) uyğunluğu;

* fərdi məlumatların mühafizəsinin müəyyən olunmuş tələblərə uyğun təşkili;

* informasiya ehtiyatlarında məlumatlar bazasının strukturu ilə tanışlıq, bazalar arası relativlik prinsiplərinin yoxlanılması;

* fərdi məlumatların toplanılmasının və işlənilməsinin mülkiyyətçi və ya operator tərəfindən bəyan edilmiş məqsədlərə uyğunluğu;

* digər əlaqəli informasiya sistemləri ilə informasiya mübadiləsi üsulları və kateqoriyalarının monitorinqi;

* informasiya sistemlərinin və ehtiyatlarının Portala qoşulması və onların tələblərə uyğunluğunun yoxlanılması;

* informasiya sisteminin və ehtiyatlarının “Elektron Hökumət”portalı ilə əlaqəli olan komponentlərinin tələblərə uyğunluğu;

*informasiya sisteminin SOAP (SimpleObject Access Protocol) vasitəsilə sorğularla işləmə imkanı;

* dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi məsələləri;

* dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılma imkanlarının araşdırılması;

* qanunvericiliyə uyğun sair aidiyyəti məsələlərin monitorinqi.

Monitorinqlər başa çatdıqdan sonra nəticələrhesabat şəklində aidiyyatı qurumlara təqdim edilir, uyğunsuzluqların aradan qaldırılması üçün zəruri texniki dəstək təmin edilir.

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL