waplog

Sinqapurda sürücüsüz avtomobillərin yekun sınaq mərhələsinə başlanılıb


Sinqapurda 2016-cı ildə istifadəsi planlaşdırılan sürücüsüz avtomobillərin sınaqları üzrə yekun mərhələyə start verilib.
 
Sinqapur Nəqliyyat Nazirliyinin yaydığı məlumata əsasən, bu nəqliyyat vasitələri elmi mərkəzlərdən birində, həmçinin məşhur «Gardens the Bay» turizm məkanında sınaqdan keçirilir. Bir neçə həftə sonra belə avtomobillər, həmçinin Sentosa kurort adasında əlçatan olacaq və növbəti ilin mart-aprelində burada əsas nəqliyyat vasitələrindən birinə çevriləcək.
 
3-4 ay sonra isə sürücüsüz avtomobillər adi maşınların hərəkət etdiyi yollarda sınaqdan keçiriləcək.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL