Avstriya 2016-cı ildə analoq kabel televiziyasından imtina edəcək
2016-cı ilin sentyabrında Avstriya ərazisində analoq kabel televiziyası proqramlarının yayımı tam dayandırılacaq.
Bununla əlaqədar ölkənin indiyədək analoq kabel şəbəkələrinin xidmətlərindən yararlanan televiziya ev təsərrüfatlarına proqramların rəqəmli qəbulu üsuluna keçmək tövsiyə edilir. Bunun üçün Avstriya Ticarət Palatası nəzdində Telekommunikasiya və Teleradio İdarəsi yerli tamaşaçıları qarşıdakı dəyişikliklər barədə məlumatlandırmaq məqsədi daşıyan xüsusi informasiya kampaniyasını işə salıb.
“RTR” tənzimləyici orqanı yanında Rəqəmləşdirmə Fondunun dəstəyi ilə həyata keçirilən informasiya kampaniyası “www.digitaleskabel.at” saytında aparılır.
Avstriyada yerüstü analoq efir televiziyasının, eləcə də regiona analoq peyk kanallarının yayımı dayandırıldıqdan sonra kabel televiziyası ölkədə indiyədək analoq standartını dəstəkləyən yeganə televiziya platforması olaraq qalır. Bununla yanaşı, Avstriya ev təsərrüfatlarının yalnız 9 faizi analoq televiziya tamaşaçısıdır.
Avstriyanın qonşuluğunda yerləşən Almaniya isə analoq kabel televiziya yayımını 2018-ci ilin sonunda dayandırmağı planlaşdırır, - "www.mediasat.info" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL