İnformasiya texnologiyaları sahəsində təhsil alan və çalışan xanımlar mükafatlandırılıb
Azərbaycanda qadınların informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədi ilə həyata keçirilən “WOWOMAN: Tech-Tech Xanım” layihəsi çərçivəsində İT sahəsində təhsil alan və çalışan xanımlar mükafatlandırılıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihə bu ilin may ayının 13-də rəsmi açıq elan edilib və ilk addım İT-nin 4 istiqaməti üzrə əsas bilikləri xanımlara öyrədən kursların keçirilməsi olub. Müraciət edən 150-dən artıq qadından 30 nəfər seçilib və son iki ay ərzində onlara peşəkar mütəxəssislər tərəfindən “Software”, “Database”, “Network” və “Server” əsaslarını öyrədən kurslar keçirilib.
Kursun sonunda xanımlar “Microsoft” MTA imtahanlarında iştirak ediblər və əksəriyyəti sertifikat alıblar. İlkin mərhələnin – “İT Fundamentals” kurslarının yekunu olaraq dekabrın 13-də mükafatlandırma mərasimi keçirilib. Tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İnformasiya Texnologiyalarının İnkişafına Dəstək Fondu və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilib.
Layihə çərçivəsində 2016-cı ildə növbəti mərhələnin təşkili nəzərdə tutulur və bununla bağlı ətraflı məlumatı “https://goo.gl/2tOBSy” internet ünvanından öyrənmək olar.
Qeyd edək ki, “WOWOMAN” xanımların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır və mütəmadi olaraq xanımların inkişaf edə biləcəkləri və biliklərini artıracaqları seminar, kurs və tədbirlərin təşkil olunması ilə məşğul olur. “WOWOMAN” komandasının qarşısına qoyduğu mühüm məqsədlərdən biri də qadınların İKT sektoruna olan marağını artırmaqdır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL