«IDC»: Dünyada informasiya təhlükəsizliyini təmin edən qurğulara tələbat yüksəlir
«IDC» analitik şirkətinin məlumatına görə, informasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş avadanlıq bazarının həcmi artmağa davam edir və «Cisco» korporasiyası bu bazarda öz liderliyini qoruyub saxlayır.
Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ilin üçüncü rübündə şirkətlər təhlükəsizlik üzrə aparat vasitələrinin satışından 2,7 milyard dollar məbləğində gəlir əldə ediblər ki, bu da ötən illə müqayisədə 9.6 faiz yüksəkdir.
«ICTnews» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, təhlükəsizlik üzrə aparat vasitələrinin satışı üzrə ən böyük artım tempi Yaxın Şərq və Afrika ölkələrində müşahidə olunub. 2015-ci ilin üçüncü rübündə bu regionlarda istehsalçıların gəliri ötən illə müqayisədə 18,3 faiz artıb.
ABŞ ən gəlirli bazar olaraq qalır, gəlirin 40 faizi bu ölkənin payına düşür.
Asiya-Sakit okean regionu (Yaponiya istisna olmaqla) həcminə görə informasiya təhlükəsizliyinin təmini qurğuları üçün ikinci satış bazarıdır, bu regionda bir ildə təhlükəsizlik üzrə avadanlığın satış həcmi 11,9 faiz yüksəlib. Regionda tələbatın təxminən 70 faizi Çin və Avstraliyanın payına düşüb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL