waplog

Yapon robotları Fransa vağzallarında işləyir


Nomura Elmi Tədqiqat İnstitutunda («Nomura Research Institute») işləyən analitiklərin proqnozuna görə, 2035-ci ilədək robotlar Yaponiyada ixtsisasların yarısına yiyələnəcəklər. Hələ ki bu tarixə 20 il var və artıq indi Fransada «Pepper» robotlarını iş başında görmək mümkündür.


«ICTnews» elektron xəbər xidməti «ixbt.com» resursuna istinadən yazır ki, pilot layihə çərçivəsində 3 ədəd «Pepper» robotu Fransanın 3 müxtəlif dəmir yolu stansiyasında işləyəcək. Bu robotlar vağzala gələnlərə qatarların hərəkət cədvəlləri haqda məlumat və başqa turizm informasiyası verəcəklər.


Sözügedən layihə 3 ay müddətinə nəzərdə tutulub və bundan sonra Fransa Milli Dəmir Yolları başqa vağzallarda belə robotlara iş verilməsi ilə bağlı qərar qəbul edəcək.


Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL