waplog

Patent ərizələrinin çox hissəsi kompüter texnologiyaları və elektrotexnika avadanlığının payına düşür


Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) yeni hesabatına əsasən, 2014-cü ildə ixtiraçılar patentlərin verilməsi üçün 2,7 milyon ərizə təqdim ediblər ki, bu da ötən illə müqayisədə 4.5 faiz yüksəkdir. Patentlərin verilməsi üçün ərizələrin sayına görə Çin birinci pilləni tutur.
 
«ICTnews» elektron xəbər xidməti «un.org» resursuna istinadən xəbər verir ki, patent ərizələrinin sayına görə lider dövlətlərin siyahısında, həmçinin Yaponiya, ABŞ, Koreya Respublikası, Braziliya, Hindistan və Rusiya yer alıblar.
 
"Biz yenidən patentlərin sayının artımını müşahidə edirik və bu göstərici ayrı-ayrı ölkələr səviyyəsində və dünya səviyyəsində ÜDM-nin artım tempini xeyli üstələyir. Bu, onu göstərir ki, iqtisadiyyat dəyişir. Biliklər iqtisadiyyatı dövrünə qədəm qoyulur" - ÜƏMT-in baş direktoru Frensis Harri bildirib.
 
2014-cü ildə dünyada 1.18 milyon patent verilib və patent ərizələrinin çox hissəsi kompüter texnologiyaları və elektrotexnika avadanlığının payına düşür.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL