Rusiyada informasiya təhlükəsizliyinin yeni konsepsiyası hazırlanır
Rusiya Təhlükəsizlik Şurası 2016-cı ildə terror təşkilatları tərəfindən haker hücumlarının artması səbəbindən ölkənin informasiya təhlükəsizliyi doktrinasının yeni redaksiyasını hazırlayacaq.
«ICTnews» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən xəbər verir ki, "informasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin yeni xarakterini nəzərə alaraq 2016-cı ildə İdarələrarası komissiya Rusiya Federasiyasının informasiya təhlükəsizliyi Doktrinasının yeni redaksiyasının hazırlanmasını davam etdirəcək" - Rusiya Təhlükəsizlik Şurasının xəbərində deyilir.
"Dünyanın bütün regionlarında beynəlxalq terror təşkilatları tərəfindən dövlət orqanları və biznes strukturlarına haker hücumlarının sayı xeyli artıb" - Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL