waplog

“Toshiba” 7 min işçini ixtisar etmək niyyətindədir


Maliyyə çətinlikləri ilə üzləşən Yaponiyanın “Toshiba” elektrotexnika şirkəti ölkə daxilində və xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrində 7 minə yaxın əməkdaşı ixtisar etmək niyyətindədir.

Bildirilir ki, işçilərin soyuducu və digər məişət texnikası, həmçinin televizor və fərdi kompüter istehsalı sahələrindən “könüllülük əsasında” azad olunması nəzərdə tutulur.

“Toshiba” bir müddət əvvəl rəhbərliyin hesabatlılığı saxtalaşdırmaqla səhmdarlardan gəlirlərin azaldılmasını gizlətməsinə görə yaranan böyük qalmaqal yaşayıb. Bu, hazırda böyük struktur dəyişiklikləri və xərclərin azaldılması zərurəti yaşayan şirkətin mövqeyinə xələl gətirib.

Yaponiya istehsalçısı, həmçinin İndoneziyada yerləşən televizor istehsalı üzrə zavodu satmaq və bu biznesi tam tərk etməyi planlaşdırır, - “TASS” yazır.  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL