waplog

ABŞ-da həvəskar pilotsuz uçan aparatların qeydiyyatı prosesinə başlanılıb


ABŞ Federal Mülki Aviasiya İdarəsi kiçik pilotsuz uçan aparat sahiblərinin onlayn qeydiyyatına başlanılmasını açıqlayıb. Bu barədə idarənin mətbuat xidmətinin məlumatında deyilir.
 
Dekabrın 21-dən etibarən ilk 30 gündə pulsuz olacaq qeydiyyatın sonradan qiyməti 5 dollar təşkil edəcək. Faydalı yük, foto və ya video avadanlıq daxil olmaqla çəkisi 250 qramdan 25 kq-dək pilotsuz uçan aparatların qeydiyyatdan keçirilməsi tələb olunur.  
 
"Pilotsuz uçan aparat həvəskarları aviatorlardır və bu ad böyük məsuliyyət deməkdir, - ABŞ nəqliyyat naziri Entoni Foks bildirib.
 
Qeyd olunur ki, 13 yaşdan yuxarı olan aparat sahibləri adlarını, eləcə də ev və elektron ünvanlarını göstərməlidirlər. Bunun əvəzində onlara unikal sertifikat və pilotsuz uçan aparatın üzərinə yazılacaq nömrə veriləcək.
 
Həvəskar aparat sahiblərinin nömrədən bütün uçan vasitələr üçün istifadə edə biləcəkləri bildirilir.
 
Onlayn qeydiyyatdan yalnız hobbi və istirahət üçün istifadə olunan pilotsuz uçan aparatlar keçə bilər, - " www.gazeta.ru" yazır.  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL