waplog

Avropada internetdə alış-veriş üçün vahid zəmanət müddəti tətbiq edilə bilər


Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv dövlətlərdə internetdə alış-veriş edən istehlakçılar üçün vahid zəmanət müddətinin tətbiqini təklif edib. Təklifin qəbul ediləcəyi təqdirdə bu, Avropada istehlakçı və pərakəndə satış şirkətləri üçün mühüm dəyişiklik olacaq və transsərhəd elektron ticarətin inkişafına xidmət edəcək.
 
Sahə üzrə mütəxəssislər qeyd edirlər ki, yenilik xaricə mal satmaq istəyən pərakəndə satış şirkətləri üçün böyük əhəmiyyətə malik olmaqla yanaşı, digər Aİ ölkələrinin internet mağazalarında əminliklə alış-veriş edə biləcək istehlakçılar üçün daha vacibdir.
 
Hazırda Avropa ölkələrinin qanunvericiliyi və tənzimləyici qaydaları çox fərqlidir. Bu isə Avropada transsərhəd onlayn ticarətin zəif inkişafının əsas səbəbi olaraq qalır. Avropa Komissiyası məhz bu səbəbdən Aİ hüdudlarında onlayn alış-veriş üçün vahid zəmanət müddətinin tətbiqi ilə vəziyyəti dəyişmək qərarına gəlib. Təklif qəbul olunsa, zəmanət müddətinin 2 il təşkil edəcəyi bildirilir.
 
Hazırda transsərhəd internet ticarəti ilə məşğul olmaq istəyən pərakəndə satış şirkətləri istehlakçı hüquqlarının müdafiəsi haqqında 28 müxtəlif milli qanunu nəzərə almalıdır. Ekspertlərin fikrincə, vahid qaydalar məsələyə müəyyən aydınlıq gətirəcək və ticarət şirkətlərini arxayın edəcək, - " www.payspacemagazine.com" yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL