Metronun bütün stansiyalarında SMS-lə gedişhaqqı ödəmək mümkün olacaq
Artıq mobil telefondan SMS göndərməklə Bakı Metropoliteninin xidmətindən istifadə edənlər var. Bu barədə məlumat verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, "Mobisky" şirkəti ilə həyata keçirilən layihədən yararlanan sərnişinlər kart almadan, növbəyə dayanmadan mobil telefonundan istifadə edərək gedişhaqqı ödəyərək xidmətdən yararlana bilər.
"Azercell" simsiz rabitə operatorunun abonentləri gedişin ödəniş imkanı üçün bir gedişə görə 9901, üç gedişə görə 9903, beş gedişə görə 9905 nömrələrinə boş SMS göndərməlidirlər. SMS göndərildikdən sonra ştrix-kodların yüklənməsi üçün abonentin qurğusuna dərhal yüklənən link daxil olur. Bundan sonra ştrix-kod istifadə üçün aktiv olur. Sərnişin turniketə yaxınlaşarkən telefonun ekranında aldığı ştrix-kodu açır və telefonu hesablayıcı qurğuya yaxınlaşdıraraq metropolitendə gedişi ödəmiş olur.
"Mobisky" şirkəti yaxın vaxtlarda bu xidməti bütün stansiyalarda tətbiq etməyi planlaşdırır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL