waplog

Braziliyada “WhatsApp” messenceri bloklanıb


“Reuters” xəbər agentliyinin məlumatına əsasən, Braziliyada məhkəmənin qətnaməsinə əsasən, mobil rabitə operatorları ölkə ərazisində 48 saat müddətinə populyar “WhatsApp” mobil messencerinə girişi bloklamalıdırlar.

“Ictnews” elektron xəbər xidməti “gazeta.ru” resursuna istinadən xəbər verir ki, Braziliyada fəaliyyət göstərən şirkətlərdən birinin məlumatına görə, bu gündən etibarən populyar messencerin fəaliyyəti bloklanmalıdır. Məlumdur ki, şirkətlər çoxdan bəri hökumət tərəfindən “WhatsApp” üzərindən mobil zənglərə qadağa qoyulmasını istəyirdilər, çünki bu funksiya onların göstərdiyi xidmətlərin işinə mane olurdu.

Qərarın səbəbləri rəsmi açıqlanmır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL