“Gartner”: 2018-ci ilə müştərilərin 50 faizi smartfonların köməyi ilə ödəniş edəcək
“Gartner” tədqiqat şirkətinin araşdırmasına əsasən, 2018-ci ilə Şimali Amerika və Avropanın inkişaf etmiş ölkələrində, həmçinin Yaponiyada müştərilərin 50 faizi mobil telefon və ya daşınan qurğuların köməyi ilə alış-verişin haqqını ödəyəcəklər.
Ekspertlər qurğuya bağlanmış mobil pul kisələrinin (məsələn, “Apple Pay”) populyarlığı azalacağını proqnozlaşdırırlar.
Ödəmə haqda informasiyasının “bulud”da saxlanılmasına üstünlük verən mobil ödəmə xidmətləri daha böyük şansa malikdir. “HCE” texnologiyası sayəsində ödəmə terminallarında “NFC” texnologiyasını dəstəkləyən istənilən telefon üzərindən ödəniş etmək mümkündür.
"Mobil proqram, qurğu və mobil xidmətlərdə edilən innovasiyalar ənənəvi biznes modellərinə təsir göstərir" – “Gartner”in analitiki Amanda Sabia belə deyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL