waplog

Azərbaycan-Avstriya biznes-forumu keçirilir


Bu dəqiqələrdə Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes-forumu keçirilir.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, Avstriya tərəfindən sənaye, kənd təsərrüfatı, tikinti, səhiyyə, loqistika alternativ enerji, tullantıların utilizasiyası və s.

sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı, Azərbaycan tərəfindən isə analoji sahələrdə fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edir.

Biznes-forumda çıxış edən Rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyanın həmsədri Əli Abbasov, İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Vyana şəhərinin vitse-meri, xanım Renate Brauner və Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Silviya Mayer-Kaybiç iki ölkə arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən informasiya və kommunikasiya texnologiyaları, turizm, mədəniyyət sahələrində mövcud əlaqələrin daha da genişləndirilməsi imkanları, iş adamları arasında münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyəti barədə məlumat verdilər.

Qeyd edildi ki, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti ölkəmizi xarici investisiyalar üçün əlverişli edib.

Çıxış edənlər əldə edilən nailiyyətlərin Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olduğunu bildirərək, avstriyalı iş adamlarını Azərbaycanda yaradılan əlverişli biznes mühitindən yararlanmağa dəvət etdilər.

Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, rəhbərlik etdiyi fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə təqdimatla çıxış etdi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL