waplog

Göy-yaşıl yosunların köməyilə mobil qurğuları enerji ilə doldurmaq mümkün olacaq


Kanadalı alimlər göy-yaşıl rəngli yosunlardan elektrik enerjisinin əldə olunması texnologiyasını işləyib, hazırlayıb. Texnologiyanın səmərəliliyi üzrə ilk sınaqlar mobil telefon və kompüterlər üzərində aparılacaq.
 
“ICTnews” elektron xəbər xidməti “nat-geo.ru” resursuna istinadən xəbər verir ki, göy-yaşıl yosunlar fotosintez prosesində oksigenin ayrılması ilə müşayiət olunan böyük qram mənfi bakteriyalar tipidir. Bu yosunlar ekoloji çirklənmənin nəticəsində formalaşır və su hövzəsini yararsız hala gətirir.
 
 Proses nəticəsində ayrılan enerjini toplayan yeni texnologiya Konkordiya Universitetinin mühəndisləri tərəfindən təklif edilib.
 
Mühəndislər tərəfindən yaradılmış qurğu anod və katoddan ibarətdir. Göy-yaşıl yosunlar anod kamerasına yerləşdirilir. İlk mərhələdə 933 millivolt gərginlik generasiya edilib. Təkmilləşdirmələrdən sonra noutbuk və smartfon kimi qurğuları enerji ilə doldurmaq mümkün olacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL