Xaricdə yaşayan azərbaycanlıların elektron müraciət proseduru açıqlanıb
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlamenti təsdiqləyib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, diaspor təşkilatlarının, еləcə də Azərbaycan Respublikasının vətəndaşı olmayan azərbaycanlıların ərizə, şikayət və təkliflərinin komitə tərəfindən elektron qaydada qəbulu, araşdırılması və cavablandırılmasını əhatə edir.
E-xidmət komitənin rəsmi saytında və “Elektron hökumət” portalında əlçatandır.
İstifadəçi bu elektron ünvanlardan birinə daxil olaraq e-xidməti seçir, açılan səhifədə fiziki şəxslər - ad, soyad, ata adı, vətəndaşlıq, doğum yeri və tarixi, ünvan, əlaqə məlumatları (telefon nömrələri, e-mail); hüquqi şəxslər (diaspor təşkilatı)- təşkilatın adı, yerləşdiyi ölkə, hüquqi ünvanı, əlaqə məlumatları (telefon və faks nömrələri, e-mail) barədə məlumatları daxil etməklə müraciəti sərbəst formada doldurduqdan sonra elektron imza ilə təsdiq edib müvafiq elektron ünvana göndərir.
Sorğunun araşdırılması nəticəsində komitənin hazırladığı cavab “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbləri nəzərə alınmaqla elektron formada istifadəçiyə göndərilir. Cavab istifadəçinin istəyindən asılı olaraq poçt rabitəsi vasitəsilə də təqdim oluna bilər.
Müraciət baxılmamış saxlanıldıqda bu barədə istifadəçiyə məlumat verilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL