waplog

Artıq robotları jestlərin köməyi ilə idarə etmək mümkündür (VİDEO)


İndi robotlar və avtomatlaşdırılmış sistemlər sənaye və elmtutumlu sahələrdə mürəkkəb işlər yerinə yetirir. Ehtimal edilir ki, gələcəkdə onların rolu daha da artacaq.
 
 
«ICTnews» elektron xəbər xidməti «globalscience.ru» resursuna istinadən yazır ki, ev təsərrüfatı, xidmət, həmçinin tibb, tikinti və başqa sənaye sahələrində robotlardan istifadə olduqca perspektivlidir. «Ağıllı» texnika ilə qarşılıqlı əlaqə yaratmaq üçün səsli komanda və proqram təminatından istifadə kifayət deyil.
 
Belə ki, tibb və sənaye robotları üçün jestlərin köməyi ilə idarəetmə daha əlverişlidir. Ancaq jestlərin köməyi ilə idarəetmə həm robotla əməkdaşlıq edən, həm də onu əhatə edən insanlar üçün təhlükəsiz olmalıdır. «Quipt» şirkəti jestlərin köməyi ilə insan və robot arasında qarşılıqlı əlaqə yaratmağa imkan verən yeni həll təqdim edib.
 
 
 
 

Emil Hüseynov
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL