waplog

Sığorta müqavilələrinin bağlanmasında elektron imzadan istifadə olunacaq


Azərbaycanda ilin sonunadək sığorta müqavilələrinin bağlanmasında elektron imzadan istifadə etməyə imkan verən hüquqi baza hazırlanacaq.

Prezident İlham Əliyevin "İcbari sığortalar haqqında" qanunun tətbiqinə dair fərmanı ilə əlaqədar Maliyyə Nazirliyinə üç ay müddətində qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflərin hazırlanması tapşırığı verilib.

Həmçinin, üç ay müddətində elektron informasiya sistemlərinin sığorta şirkətlərində tətbiqi və sığorta xidmətlərinin elektron vasitələrlə təqdim olunmasının təmini üzrə təkliflər hazırlanmalıdır.

Elektron imza ilkin sənədin xüsusi proqram vasitəsilə yenidən təşkil olunması hesabına əldə edilən simvolların müəyyən ardıcıllığından ibarətdir.

Göndəriş zamanı rəqəmli imzanın ilkin sənədə əlavəsi həyata keçirilir, nəticədə sənəddə olan məlumatın müəllifliyi və dəyişməzliyi öz təsdiqini tapır. İlkin sənədə istənilən dəyişikliklərin edilməsilə elektron imza qüvvədən düşür.

Rəqəmli imzanın əldə edilməsi internet şəbəkəsi vasitəsilə təşkilatın mübadilə etdiyi sənədlərin müəllifliyi və ehtivasından əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əl imzası ilə imzalanmış sənədə bərabər tutulur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL