waplog

Qəzet kimi bükülən displey nümayiş etdiriləcək


2014-cü ildə "LG" şirkətinin nümayəndəsi bildirmişdi ki, qəzet kimi bükülən 18 düymlük "OLED" displey yaradıb.
 
"ICTnews" elektron xəbər xidməti "newsland.com" resursuna istinadən yazır ki, artıq sözügedən şirkət ultra nazik displeyini "CES" beynəlxalq istehlak sərgisində ictimaiyyətə nümayiş etdirməyə hazırdır. Cənubi Koreya şirkəti sərgi çərçivəsində bir çox yeniliklərini təqdim etməyi planlaşdırır. Məsələn, diametri 3 sm, təsvir ölçüsü 1200x810 piksel təşkil edən dairəvi "OLED" displeyin nümayiş etdiriləcəyi də gözlənilir. Belə displeylər futuristik (müasir-mütərəqqi) qurğuların hazırlanmasını mümkün edəcək.
 
Bundan başqa, "LG" şirkəti televizor üçün kağız kimi nazik 55 düymlük "OLED" displeyini təqdim etməyi planlaşdırır. Həmçinin displeyin hər iki tərəfindən tamamilə fərqli təsvirlərin göstərilməsinə imkan verən yeni  displey də  nümayiş etdirilməlidir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL