Smartfon və planşetlər üçün vahid enerji doldurma standartı tətbiq ediləcək
İsveçrə hökuməti smartfon və planşet istehsalçılarının vahid enerji doldurma qurğu standartına keçməklə bağlı qərar çıxarmağı planlaşdırır.
"ICTnews" Elektron Xəbər Xidməti "www.androidcommunity.com" resursuna istinadən yazır ki, oxşar təşəbbüslər Avropa İttifaqı ölkələrində də mövcuddur. Bildirilir ki, vahid enerji doldurma qurğu standartına keçid təkcə istehlakçılara kömək etməyəcək, həm də "elektron tullantılar"ın sayını azaldacaq. Hazırda qanun layihəsinin müəllifləri mobil qurğular üçün enerji doldurmanın vahid standartını müəyyənləşdirməsələr də, onun "micro-USB" olacağı ehtimal edilir, çünki əksər mobil qurğularda məhz bu çıxışdan (slot) istifadə olunur.
Məlumat üçün qeyd edək ki, söhbət istənilən markalı telefona uyğun gələcək vahid enerji doldurma qurğusunun yaradılmasından gedir. Bu cür qurğu milyonlarla mobil rabitə istifadəçilərinin gündəlik həyatlarına rahatlıq gətirəcək. Lakin ən əsası odur ki, şirkətlər telefonları enerji doldurma qurğularsız satacaqlar. Ekspertlər hesab edir ki, belə vəziyyətdə isə nəinki komplektin qiyməti enəcək, həmçinin istifadə olunan resursların və zərərli maddə tullantılarının həcmi də xeyli azalacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL